25 May, 2015
“Ulduzların həmrəyliyi” – Fotolar

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında “Ulduzların həmrəyliyi” adlı xeyriyyə tədbiri keçirilib. Simsar.az xəbər verir ki, rejissor Nail Naiboğlunun təşkilatçılığı ilə baş tutan xeyriyyə aksiyası anadangəlmə lal və kar olan 6 yaşlı Ülviyə həsr olunub. Tədbirdə əldə olunan gəlir Ülvinin beyindaxili əməliyyatına xərclənəcəyi açıqlanıb.
Tədbirə müğənnilərlə yanaşı dövlət, incəsənət xadimləri və  aparıcılar qatılıb. Tədbirdə  ailə məsələləri üzrə ekspert Hacı Quliyev çıxış edərkən  qızı-birinci sinif şagirdi Ülviyyə Quliyevanın təqdirə layiq jestini açıqlayıb:
“Hazırlaşıb evdən çıxan zaman qızım əlində öz əyləncəsi üçün topladığı məvacib olan daxılı gətirdi və dedi ki, bunu Ülviyə təqdim edim. Ülviyyə Ülvinin vəziyyətindən az-çox xəbərdar idi. Onun bu jestinə həm təəccübləndim, həm də sevindim. Allah bütün uşaqları qorusun!
Xüsusiylə onu da qeyd edim ki, Azərbaycanın bugünkü səhiyyə sahəsindəki inkişafı danılmazdır. Əvvəllər bu kimi xəstəliklər xaricdə müalicə olunurdusa, bu gün ölkəmizdə bunun üçün hər cür şərait yaradılıb. Çox sevindirici haldır ki, Ülvi Vətənində müalicə alacaq.”
Məlumat üçün bildirək ki, Ülvinin sağlamlığını diqqətdə saxlayan H.Quliyev tədbirdən bir neçə gün əvvəl onu Nail Naiboğlu ilə birlikdə klinikaya aparıb, həkim müayinəsində keçirib.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!