25 May, 2015
Bakıda 4 maşın toqquşdu - Yaralanan var

Bakının mərkəzində 4 maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az oxu.az-a istinadən xəbər verir ki, Şəmsi Rəhimov küçəsi ilə hərəkət edən BMW markalı avtomobil, Məmməd Araz küçəsi ilə hərəkət edən “Infinty” markalı avtomobilin qarşısına çıxaraq qəzaya səbəb olub.

BMW markalı avtomobili vuran “Infinty” markalı avtomobil daha sonra “Hyundai” və FİAT markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sürücülərdən biri başından zədə alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!