25 May, 2015
“Liverpul” Balotelliyə əvəzləyici tapdı

“Mersisaydlılar” Kristian Bentekeni transfer etmək niyyətindədir.

Simsar.az xəbər verir ki, Mario Balotelli ilə yolarını ayırmağı planlaşdıran “Liverpul” hücum xəttindəki boşluğu “Vest Hem”in  hücumçusu ilə doldurmaq niyyətindədir. Kristian Bentekeni heyətinə cəlb etmək istəyən “qırmızılar” bunun üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır. “The Sunday Times”ın yaydığı məlumata görə, futbolçu da “Liverpul”a keçmək arzusundadır.

Qeyd edək ki, bu mövsüm 29 oyunda 13 dəfə fərqlənən Bentekenin xidmətində “Çelsi” də maraqlıdır.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!