25 May, 2015
DSX külli miqdarda narkotik müsadirə etdi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətin mətbuat mərkəzindən Simsar.az-a verilən məlumata görə, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd boyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli  miqdarda­ 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram  həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!