25 May, 2015
“Rabitə” fəaliyyətini dayandırdı

Azərbaycan Super Liqasının 8 qat qalibi “Rabitə” fəaliyyətini dayandırıb. Simsar.az  apasport.az-a istinadən xəbər verir ki, buna maliyyə çətinliyi səbəb olub.

Belə ki, “Rabitə Voleybol Klubu” MMC-nin rəhbərliyi yeni mövsümlə bağlı planları müzakirə edərkən, bu bərədə qərar qəbul olunub. Bakı təmsilçisi “Telekom” komandasında yetişdirdiyi və gələcəkdə Azərbaycan millisinə faydası dəyəcək voleybolçularla yoluna davam etməyi məqsədəuyğun sayıb.

2015/2016 mövsümündə klub bu səbəbdən Çempionlar Liqasında və Azərbaycan Super Liqasında “Telekom”la təmsil olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!