25 May, 2015
Keçmiş ANS-çiyə ATV-də vəzifə verildi

ATV-də yeni təyinat olub.

Tanınmış jurnalist Eldəniz Vəliyevə ATV-də redaktor vəzifəsi verilib.

ATV.az-a danışan Eldəniz Vəliyev deyib ki, bu gündən "Gündəlik" verilişinin baş redaktoru kimi fəaliyyət göstərəcək: 

"ATV peşəkarların kollektividir. Buradakı yaradıcı mühit insana daha çox stimul verir. Bu kanalda çalışacağıma görə özümü şanslı hesab edirəm. Bu gündən "Gündəlik" verilişinin baş redaktoru kimi ATV kanalında fəaliyyət göstərəcəyəm".

Qeyd edək ki, ANS məktəbi keçən və uzun müddət orada çalışan Eldəniz Vəliyevin son iş yeri APA TV olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!