25 May, 2015
Prezident özünə qızıldan heykəl qoydurdu

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ilk heykəlinin açılış mərasimi olub.

Simsar.az xəbər verir ki, mərasim bazar ertəsi Aşqabadda baş tutub. Dövlət başçısı at üstündə ənənəvi türkmən paltarında təsvir edilib. Bürüncdən hazırlanan abidənin üstü qızılla örtülüb. Heykəlin hündürlüyü 21 metrdir. Abidənin müəllifi Türkmənistanın xalq rəssamı, heykəltəraş Sarat Babayevdir. Heykəlin rəsmi adı isə “Arxadağ binası”dır. Arxadaq türkmən dilindən himayədar kimi tərcümə edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!