25 May, 2015
Sürücülər diqqət - Yol bağlanır

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Simsar.az xəbər verir ki, yola yeni asfalt-beton örtüyünün çəkilişi işləri həyata keçirilir. Ümumilikdə, 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Artıq yol boyu 3 min paqon-metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Qeyd edək ki, yolun ümumi uzunluğu 1700 metr, eni isə 18 metrdir. Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!