25 May, 2015
Azərbaycan boksçularından 6 medal

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan Boks Federasiyasından Simsar.az-a verilən məlumata görə, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tugrulhan Erdemiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev də (+80) Avropa birinciliyinin qızıl medalına sahib olub. Həmyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib – 2:1.

Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq, 2-ci yeri tutub.

Niyaməddin Allahverdiyev de finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilçisi Karlz Frankhamalla bacarmayıb - 0:3.
Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər.

Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!