17 May, 2011
Azərbaycanlı jurnalist Türkiyədə öldü

“İhlas” xəbər agentliyinin rəhbəri Müşfiq Nadiri xilas etmək mümkün olmayıb 

Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri gənc jurnalist Müşfiq Nadir dünyasını dəyişib. 


Simsar.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, dünən İstanbuldakı xəstəxanalardan birində ürək əməliyyatı keçirən gənc jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, M.Nadirin cənazəsi bu gün Azərbaycan paytaxtına gətiriləcək.

Allah rəhmət eləsin.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!