25 May, 2015
Bu şəxs prezident seçkilərinin qalibi oldu - Foto

Polşada keçirilən prezident seçkilərinin 2-ci turunda Anjey Duda qalib gəlib.

Simsar.az-ın xəbərinə görə, səsvermənin bitməsindən sonra keçirilən “exit-poll”un nəticələrinə əsasən A. Duda 53% səs alıb. Onun rəqibi, hazırkı prezident Bronislav Komorovski isə 47% səs toplayıb.

B. Komorovski artıq öz məğlubiyyətini etiraf edib. “Dostlar, alınmadı. Seçicilər belə qərar verdilər. Demokratiya təkcə nəticələri tanımaq yox, həm də hörmət etmək deməkdir. Anjey Dudanı təbrik edirik”, - deyə o, söyləyib.

Xatırladaq ki, ilk turda A. Duda 34,76%, B. Komorovski isə 33,77% səs toplamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!