25 May, 2015
300 terrorçu məhv edildi - Suriyada

Suriyanın İdlib əyalətinin Cisr eş-Şuğur şəhərində “Cabhat ən-Nusra” terrorçu qruplaşmasının 300-dən artıq üzvü məhv edilib, yüzlərlə ekstremist yaralanıb. Simsar.az-ın məlumatına görə, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə hökumət qoşunlarının şəhər xəstəxanasını “Cabhat ən-Nusra” qruplaşmasının mühasirəsindən xilas etməsi məqsədilə kütləvi hücumu nəticəsində baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!