25 May, 2015
Hacıqabulda yol qəzası - Türkiyə vətəndaşı öldü

Hacıqabul rayonunun Muğan qəsəbəsində “Volvo” və “Shacman” markalı iki yük avtomobili toqquşub.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdyi məlumata görə, nəticədə “Volvo” markalı yük avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər onun meyitini avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!