25 May, 2015
ATV-dən ANS-ə cavab gəldi - Video

“Azad Azərbaycan” Televiziya Şirkəti bu gün “Həftə sonu” proqramında ANS telekanalına cavab verib.

Simsar.az-ın məlumatına görə, Vaqif Aydınoğlunun qonağı iki kanal arasındakı qalmaqalın səbəbkarı aparıcı Mətanət Əliverdiyeva olub.

ANS telekanalına cavab kimi hazırlanan proqramı təqdim edirik:

Xatırladaq ki, bir neçə gün əvvəl ANS-də Ləman Ələşrəfqızının müəllifi olduğu süjet Mətanətə həsr olunmuşdu. Keçmiş həmkarı Mətanəti sərt tənqid etmişdi.

Qeyd edək ki, Mətanət Əliverdiyevanın səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!