24 May, 2015
Mədən tikintisi qanlı qarşıdurmalarla nəticələndi

Perunun Arekipa şəhərində Meksikaya məxsus mədən şirkətinin fəaliyyətinə qarşı çıxan fermerlerin etiraz aksiyaları növbəti dəfə qanlı qarşıdurmalarla nəticələnib.

Simsar.az-ın məlumatına görə, qarşıdurmalar nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Ölən şəxslər polis zorakılıqlarının qurbanı olub. Hadisə fermerlərin polisə qarşı qəzəbini daha da artırıb.

Rəsmilər şəhərdə gərginliyi yatırmaq məqsədilə 60 günlük fövqəladə hal elan ediblər. Küçələrdə təhlükəsizlik xidmətinə əlavə olaraq 2 mindən çox polis cəlb olunub.

Əsasən, çəltikçiliklə məşğul olan fermerler yeni qazılan mis mədənlərinin onların əkininə ziyan vurduğunu iddia edirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!