23 May, 2015
"Uşaqların tələf olması məni dərindən sarsıtdı" - BAŞ NAZİR

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Simsar.az-ın məlumatına görə, başsağlığında deyilir: “Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.

Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!