23 May, 2015
Elmar Məmmədyarov Rusiyaya gedir - DAĞLIQ QARABAĞ GÜNDƏMDƏ

Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edərək Rusiya xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə nazir E.Məmmədyarov özü məlumat verib.

Nazir qeyd edib ki, sabah, mayın 24-də Rusiyaya səfər edəcək və mayın 25-də rusiyalı həmkarı S.Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşü nəzərdə tutulub.

S.Lavrovla əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!