23 May, 2015
83 yaşlı kişi özünü asdı - Bakıda

Ötən gün Bakının Binəqədi rayonunda 83 yaşlı kişinin asılmış meyiti tapılıb.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hacıbabayev küçəsində baş verib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs 1932-ci il təvəllüdlü İslam Yaqub oğlu Yaqubovdur.

Meyit müayinə olunub və məlum olub ki, kişi özü özünü asıbmış.

Yaxınlarının verdiyi məlumata görə, İslam Yaqubov neçə illərdir ağır xəstəlikdən əziyyə çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!