23 May, 2015
Prezident Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunu təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycanın təhsil naziri ilə Fransanın milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, Niyyət Məktubu 2015-ci il aprelin 25-də Bakda imzalanıb.

Sərəncamda Təhsil Nazirliyinə Niyyət Məktubunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Niyyət Məktubunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Hökumətinə bildiriş göndərmək barədə tapşırıq verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!