23 May, 2015
Qazaxda binaların “penoplast" üzlükləri sökülür - ÖZƏL

Qazaxda binalara vurulmuş "penoplast" üzlüklərlərin sökülməsinə başlanılıb.

Bu barədə Simsar.az-a Qazax sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, mayın 19-da Binəqədi rayonunda baş verən güclü yanğın rayon rəhbərliyinin "penoplast" üzlərin sökülməsi ilə bağlı qərara verməsinə səbəb olub.

Bildirək ki, mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 189 ünvanında yerləşən 16 mərtəbəli binada baş verən güclü yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 61 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, belə oxşar hadisə may ayının 21-də Xətai rayonu, Nobel prospektində, eləcə də  ötən il mayın 2-də Yasamal  rayonu Şərifzadə küçəsi 48 ünvanında da baş verib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!