Bu gün Avsrtiyanın paytaxtı Vyanada 60-cı “Eurovision” Mahnı Müsabiqəsinin final mərhələsi keçiriləcək. Simsar.az xəbər verir ki, “Viener Şdathal” arenasında “Körpülər salaraq” (“Building Bridges”) şüarı altında baş tutacaq yarışmanda 27 ölkə təmsilçisi mübarizə aparacaq. Onların arasında Azərbaycan təmsilçisi Elnur Hüseynov da var.
Elnur ikinci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək. Mahnının müəllifləri İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer və Lina Hansondur.
Bu gün səhnəyə finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr - Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya, İspaniya, birinci yarımfinalın qalibləri - Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya, Ermənistan, ikinci yarımfinalın qalibləri Azərbaycan, İsrail, Latviya, Kipr, Monteneqro, Norveç, İsveç, Sloveniya, Polşa, Litva təmsilçiləri çıxacaq.
Ümidə