23 May, 2015
Ağcabədi rayonunda güclü yanğın

Ağcabədi rayonunda güclü yanğın olub.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Şənlik kəndində qeydə alınıb.

Rayon mərkəzindən 18 km aralı kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha quru ot və kol-kos yanıb.


Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Digər otlaq sahələr yanğından mühafizə olunub.

Yanğın saat 20:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!