23 May, 2015
Goranboyda ağır qəza: yaralılar var

Goranboy rayonunun Borsunlu kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, qəza zamanı “Mercedes” markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yaralı vəziyyətdə olan sürücü və sərnişini xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 02:38-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!