17 May, 2011
Qazax və Ağstafada pensiyaçıların sayı azalıb

Hər iki rayonda ümumən 27030 nəfər pensiya alır

Cari ilin ötən düvründə Qazax rayonunda 67 nəfərə pensiya təyin olunub. Bu barədə Simsar.az-a Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiri Azər Quliyev məlumat verib. Azər Quliyevin sözlərinə görə, hazırda rayon üzrə 14566 nəfər pensiyaçı qeydiyyatdadır. Ötən il isə bu rəqəm 14785 olub. Yəni pensiya alanların sayı 219 nəfər azalıb. Ağstafa rayonunda da pensiyaçıların sayında fərq yaranıb. Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin müdiri Oktay Məsmalıyevin Simsar.az-a açıqlamasına görə, cari ildə 111 nəfər ə pensiya təyin edilib və təqaüdçülərin sayı 12464 nəfərə çatıb. Ancaq bu say ötən ildən 122 nəfər azdır.

Vüsalə




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!