22 May, 2015
Portuqaliya millisi üçün “Dalğa Arena”

Çimərlik futbolu üzrə Portuqaliya milli komandası "Bakı-2015" Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq.

Simsar.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki "Dalğa Arena"nın çimərlik futbolu meydançasını ayırıb.

Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!