22 May, 2015
Çingiz Fərzəliyevə qızıl medal verildi

Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət ocağının direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevə "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi xüsusi diplom və qızıl medal təqdim edilib. Muzeyd’n Simsar.az-a verilən məlumata görə, medalı təqdim edən "Avropa Nəşr Mətbuat Evi"nin baş direktoru Şöhrət Səlimbəyli bildirib ki, bu günə kimi elm və incəsənət sahəsində bir sıra görkəmli şəxslər bu mükafatla təltif ediliblər.
Ç. Fərzəliyev "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə , natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, ölkədə rəssamlıq elminin inkişafında göstərdiyi xidmətlərə görə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" nominasiyasında qızıl medala və diploma layiq görülüb.
Təltifetmə mərasimində çıxış edənlər Ç.Fərzəliyev təbrik edərək, onun səmərəli fəaliyyəti və muzey işi sahəsində apardığı tədqiqatlardan söz açaraq onun Azərbaycan rəssamlarının irsinə göstərdiyi diqqəti xüsusi vurğulayıblar.
Ç. Fərzəliyev göstərilən diqqətə görə medalı təqdim edən təşkilatın rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!