22 May, 2015
Hacıbala Abutalıbov: "O dünyada əzab çəkəcəm" - VİDEO

Əgər burada bir ailə bir itki veribsə, mənim 15 yaxınım ölüb.

Simsar.az-ın məlumatına görə, bunu Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli binanın sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov deyib.

"Siz ele bilirsiz mən əzab çəkmirəm? Mən 15 yaxınımı, əzizimi itirmişəm. Onlar mənim əzizlərim, övladlarım, bacı-qardaşımdır. Çox əzab çəkirəm. Hələ bu harasıdır, öləndən sonra o biri dünyada da əzab çəkəcəyəm".

H.Abutalıbov sakinlərə ilkin olaraq cibxərcliyi kimi min manat verildiyini deyib. Onun sözlərinə görə, bu gündən başlayaraq onlara kompensasiyalar ödəniləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!