17 May, 2011
Qazaxda at cıdırı üçün marşrut layihəsi hazırlanıb

Layihə baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib

Vaxtı ilə Dilboz atları ilə məhşur olan Qazax rayonunda atçılıq təsərrüfatlarından və at üstü oyunlardan əsər-əlamət belə qalmayıb. Bu ənənəni bərpa etmək üçün rayonda at cıdırı üçün marşrut layihəsi hazırlanıb. Bu barərə Simsar.az-a Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin rəisi Valeh Vəliyev məlumat verib. Onun bildirdiyinə görə, 9 km-lik at cıdırı üçün marşrut layihəsi baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Layihə bəyənilsə, Qazaxda məvcud olmuş atçılıq təsərrüfatlarını da bərpa etmək mümkün olacaq.

Vüsalə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!