22 May, 2015
Elnur Hüseynov oxumaqdan imtina etdi - VİDEO

Ötən gün "Eurovision 2015"  Mahnı Müsdabiqəsinin ikinci yarımfinal konsertindən sonra mətbuat konfransı keçirilib. Simsar.az xəbər verir ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov jurnalistlərin sullarını cavablandırıb. Mətbuat konfransında Elnur Bakıda baş verən faciə ilə bağlı jest edib.
Konfrans zamanı ATV kanalının əməkdaşı olan Samirə Süleymanova Elnurdan bir mahnı oxumasını xahiş edib.  Mahnı oxumaqdan imtina edən Elnur bunu belə əsaslandırıb:  “Bu an  mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var. Azərbaycanlılar məni başa düşər”.
Əlavə edək ki, Elnur mətbuat konfransına matəm əlaməti olaraq yaxasında qara lentlə iştirak edib. Bundan əvvəlcə o, qolunda qara lent bağlayaraq görüşlərə qatılmışdı.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!