22 May, 2015
AZAL-da kadr islahatı - Xidmət rəisi işdən çıxarıldı

“Azərbaycan Hava Yolları” QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli tutduğu vəzifədən azad olunub.

Bu barədə Simsar.az-a M. Səfərli özü bildirib.

M. Səfərli qeyd edib ki, o, vəzifəsindən öz xahişi ilə azad olunub.

“1977-ci ildən SSRİ, 1992-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Bununla yanaşı, Həsən bəy Zərdabi mükafatının laureatı və Beynəlxalq Jurnalistlər İttifaqının üzvüyəm. Yenidən mətbuata qayıtmaq fikrim var. Hələlik təklifləri dəyərləndirirəm”, - deyə o qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!