22 May, 2015
“Qarabağ”dan iki rəsmi transfer

“Qarabağ” klubu bu gün iki futbolçunun transferini rəsmiləşdirib.

Simsar.az Qol.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakı “İnter”indən milli komandamızın üzvləri Coşqun Diniyev və Elvin Məmmədovla müqavilə imzalayıb.

C.Diniyev iki illik sözləşməyə qol çəkib.

E.Məmmədovun müqavilə müddəti isə hələlik açıqlanmayb.

Qol.Az saytının müxbiri ilə söhbətində C.Diniyevin atası Şahin Diniyevin oğlunun “Qarabağ”a keçməsi xəbərini təsdiqləyib.
Qeyd edək ki, 27 yaşlı E.Məmmədov 2009/2011-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!