22 May, 2015
Yanaraq ölən körpənin anası danışdı - Video

“Günə baxan” verilişinin aparıcısı Elgiz Əkbər Binəqədidə baş verən dəhşətli yanğında xəsarət alan bina sakinlərinə baş çəkib.

Simsar.az-ın məlumatına görə, teleaparıcı yanğında vəfat edən 3 yaşlı Fərəhin anası ilə həmsöhbət olub. Gənc ana vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib:

“Həkimlər bizə çox yaxşı baxır. Deyirlər ki, hamilə olmuşam, ikinci körpəmi itirmişəm. Bu səhv məlumatdı. Ölməyim haqda yayılan məlumatlar da yanlışdır, sağam. Bircə balam getdi”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!