22 May, 2015
Bu qadın axtarılır - Vergidən yayındığı üçün + Foto

Azərbaycan vergidən yayınan xanım iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Simsar.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1953-cü il təvəllüdlü Firəngiz Ganahi külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, ölkədən getdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Simsar.az-ın əldə etdiyi məlumata görə, 62 yaşlı F. Ganahi sahibkarıq fəaliyyəti ilə məşğul olurmuş.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!