22 May, 2015
Azərbaycan - Serbiya matçının hakimləri AÇIQLANDI

Azərbaycan və Serbiya milliləri arasında yoxlama oyununun hakimləri müəyyənləşib. Simsar.az xəbər verir ki, iyunun 7-də keçiriləcək qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək.

Avstriyanın Sankt Pölten şəhərindəki “NV Arena”da baş tutacaq görüşün baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri kömək edəcək.

Yoxlama oyunu

7 oyun

20:00. AZƏRBAYCAN - SERBİYA

Baş hakim: Harald Lexner

Baş hakimin köməkçiləri: Andreas Heidenreyx, Roland Riedel

Dördüncü hakim: Manuel Şüttenqruber (hamısı Avstriya)

Sankt Polten (Abstriya). “NV Arena” stadionu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!