22 May, 2015
Elnur Türkiyə Bayrağını əlindən yerə qoymadı - FOTO

Ötən gün Avstriyanın paytaxtı Vyanada 60-cı “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Simsar.az xəbər verir ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edib. Elnur ölkəmizi finalda çıxış etmək şansını qazandırıb. İkinci yarımfinal konsertindn sonra səhnəyə çıxan və sevincini bölüşən Elnur Azərbaycan Bayrağı ilə yanaşı Türkiyə Bayrağını da əlindən yerə qoymayıb. Xatırladaq ki, Elnur ötən il Türkiyədə “O səs Türkiyə” yarışmasına qatılaraq qalib olub. O, müğənni Ebru Gündeşin komnadasını təmsil edirdi. Qeyd edək ki, promo-tur çərçivəsində Türkiyə “Bəyaz şou”ya qatılmışdı. Şounun aparıcısı Bəyazit Öztürk bildirmişdi ki, Elnur həm də Türkiyəni “Eurovision-2015-“də təmsil edəcək.

Konsertdən sonra olan fotoları təqdim edirik.

Ümidə

 

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!