22 May, 2015
Yanan binadan 34 ailə kirayə evlərdə yerləşdirilib - RƏSMİ

12 ailə isə pansioantda məskunlaşıb

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı 16 mərtəbəli binanın yanması nəticəsində evsiz qalan 56 ailədən 46-nın yerləşdirilməsi başa çatdırılıb. Binəqədi rayon İcra Hakimiyyətindən Simsar.az-a verilən məlumata görə, bu ailələrdən 12-i Goradil qəsəbəsindəki pansionatda, 34-ü isə kirayə evlərdə məskunlaşıb. Kirayə qalanlar özlərinin tapdıqları mənzillərdə yerləşdiriliblər ki, bu evlərdən də ən bahalarının aylığı 600-700 manat olub.

Binəqədi RİH-dən o da bildirilib ki, sakinlər məktəb, bağça və digər şərtləri nəzərə alaraq əsasən yanan binanın yaxınlığında kirayə ev tutublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!