22 May, 2015
Azərbaycan nefti bahalaşdı - 67,36 dollar

Azərbaycan nefti iki dollardan artıq bahalaşıb.

Simsar.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,07% və ya 2,01 dollar artaraq 67,36 dollar olub.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 65,35 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!