17 May, 2011
"2 aprel" istintaqı bitir

“Biz özümüz maraqlıyıq ki, istintaqı vaxtında yekunlaşdıraq. Onu deyə bilərəm ki, artıq istintaq tamamlanmaq üzrədir”.

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. O qeyd edib ki, mətbuatda istintaqın qəsdən uzadılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur: “Biz özümüz maraqlıyıq ki, istintaqı vaxtında yekunlaşdıraq. Onu deyə bilərəm ki, artıq istintaq tamamlanmaq üzrədir”.


Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!