17 May, 2011
6 yol polisi işdən qovuldu

Baş Dövlət Yol Polis İdarəsi rəhbərliyinin əmrləri ilə Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən xaric olunub.

Simsar.az DYP-nin rəsmi saytına istinadən xəbər verir ki, onlar yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə xidmətdən xaric olunublar.

Xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!