20 May, 2015
Balıqqulağı formasında göydələn – Fotolar

Birləşmiş Ərəb Əmirliyində dəyirmi balıqqulağı formasında bina inşa edilib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Əbu-Dabidə tikilən bina dünyada ilk dəyirmi formada olan göydələndir.
Binanın layihəsi məşhur memarlıq studiyalarından biri tərəfindən hazırlanıb. Bina ofis kimi istifadəyə verilib. Göydələnin dəyirmi balıqqulağı formasında olması təsadüfi seçilməyib. Dairə səmərəlilik, möhkəmlik və birlik rəmzidir. Bu formanın başlanğıc və son nöqtəsi olmadığı üçün onu sonsuzluq və mükəmməllik simvolu kimi də izah etmək olar.
Qeyd edək ki, dəyirmi göydələn Əbu-Dabidə ekoloji baxımdan zərərsiz sayılan  göydələn olması ilə də maraqlıdır.


Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!