20 May, 2015
Pakistanlı milyoner istirahət üçün Bakını seçdi - FOTO

Muhammed Zahurun 175,2 milyon dollarlıq sərvəti var.

Kamaliya Zahur adı altında məşhur olan, ukraynalı müğənni, aktrisa, model, müəllif-ifaçı, Nataliya Viktorovna mayın 18-də Bakıda ad gününü qeyd edib.

Oxu.Az xəbər verir ki, Britaniya-Pakistan milyoneri Muhammed Zahurun həyat yoldaşı İnstagram səhifəsində 38-ci ad gününü Bakıda qeyd etdiyini yazıb. 

“Təbrikləriniz üçün hamınız çox sağ olun. Bu bayramı öz şahzadələrimizlə, Zahur və anamla həddən artıq gözəl olan Bakı şəhərində keçirməyi qərara aldıq”, - ukraynalı müğənni İnstagramda yazıb.

Qeyd edək ki, o, 2004-cü ildə Ukraynanın əməkdar artisti adını alıb. 2008-ci ildə “Miss dünya” müsabiqəsinin qalibi olub. 1999-cu ildə Kamaliyanın “Səni sevirəm” mahnısı “Pesnya qoda” festivalının qalibi elan edilib.

O, “Kamaliya” şou-mərkəzinin təsisçisidir, bu mərkəz yalnız onun prodüserliyi ilə deyil, eləcə də Ukrayna, Rusiya və xarici ulduzların qala-konsertlərinin, şou-proqramlarının keçirilməsi ilə məşğul olur. 

2003-cü ildə Kamaliya Britaniya-Pakistan biznesmeni Muhammed Zahura ərə gedib. 2012-ci ildə “Modern Talking” qrupunun keçmiş solisti Tomas Anders ilə “No Ordinary Love” mahnısını yazıb.

Əlavə edək ki, Muhammed Zahur – İSTİL (International Steel and Tube Industries Limited) qrupunun təsisçisi və əsas sahibidir. O, MDB-nin ərazisində İSTİL-in ən səmərəli müəssisəsini metallurgiya mini-zavodunu (Donetsk) yaradıb. 1956-cı ildə Pakistanda anadan olub, ilk işini Pakistan Steel zavodunda alıb. “Fokus” jurnalı Muhammed Zahuru “Ukraynanın 200 ən zəngin insanı” reytinqinə daxil edib: 2011-ci ildə o, 300,6 milyon sərvət ilə 58-ci yerdə olub. 2012-ci ildə nəşrin ekspertləri onun sərvətini 186 milyon dollar dəyərləndirərək 71-ci yeri veriblər. 2013-cü ildə “Fokus” Muhammed Zahurun sərvətini 175,2 milyon dollar dəyərləndirib (“Ukraynanın 200 ən zəngin insanı” reytinqində 79-cu yer).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!