16 May, 2011
Azərbaycanda keçiriləcək "Eurovision-2012"nin tarixi bilindi

May ayının 3 günüdən biri...

Avropa Yayım Birliyi Azərbaycanda keçirilən “Eurovision – 2012” mahnı müsabiqəsinin təxmini tarixlərini açıqlayıb. ANS PRESS-in müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Bakıda böyük Avropa musiqi bayramı 22, 24 və 26 may tarixlərində qeyd ediləcək.

Azərbaycana qələbəni "Eurovision 2011"də uğurlu çıxışları ilə birincilik qazanan Eldar Qasımov və Nigar Camal gətirdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!