16 May, 2011
ZİRƏDDİNİN PROQNOZU SƏHV ÇIXDI

O "Eurovision-2011"-də Azərbaycanın uğur qazanmayacağını demişdi 

Rusiyada yaşayan məşhur ekstrasens Zirəddin Rzayev son vaxtlar verdiyi proqnozların doğrulmaması ilə gündəmə gəlib. 

O bu dəfə "Eurovision-2011" müsabiqəsinin qalibi barədə öncədən verdiyi proqnozda yanılıb.

Z.Rzayev bu ilin fevralənda müsahibə verərkən deyib ki, 
“Eurovision”la bağlı Azərbaycanın builki müsabiqədə önəmli uğurunu görmür: “ Çox istərəm ki, ölkəmiz “Eurovision”da qalib gəlsin, birinci yeri tutsun. Ancaq təəssüf ki, öncəgörmələrim mənə tam başqa şey göstərir”

Bu da ekstrasensin yanlışlığını göstərən böyük hadisə:

Azırbaycan təmsilçiləri "Eurovision-2011" müsabiqəsinin qalibləri oldu.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!