16 May, 2011
Gəncənin ən böyük bazarında sanitariya günləri keçirilib - FOTO

3 gün bazarda yoxlamalar aparılıb

Gəncənin ən böyük bazarında sanitariya günləri keçirilib. Simsar.az-ın verdiyi məlumata görə, sanitariya günləri çərçivəsində Gəncə şəhər Baytarlıq İdarəsinin, Gəncə şəhər Gigiena və Epidimiologiya Mərkəzinin səlahiyyətliləri ilə yanaşı, bazar rəhbərliyi tərəfindən yoxlamalar aparılıb. 

3 hektardan artıq ərazini əhatə edən “Gəncə” bazarında mayın 14-dən 16-dək davam edən yoxlamalarda sanitar-gigienik qaydalara əməl edilib-edilmədiyi yoxlanılıb. Xüsusən ət və süd məhsulları satılan yerlərə diqqəıt ayrılıb. Aşkarlanan neqativ hallar aradan qaldırılıb. Satıcılara təmizliyə riayətlə bağlı xəbərdarlıq edilib. Sanitariya günləri Gəncənin digər bazarlarında da keçiriləcək.

Vüsalə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!