16 May, 2011
Ali Dini Şura toplandı

İclasa Allahşükür Paşazadə başçılıq edir

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçirilir.

Simsar.az-ın məlumatına görə, iclas Qurandan surələrin oxunması ilə başlayıb. İclasa Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sədrlik edir.

Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb. Həmin vaxt QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın, Dağıstanın, Kabarda-Balkarın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çərkəzin, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!