16 May, 2011
Yollardakı təhlükəsizlik sədlərinə hər ay nə qədər xərclənir?

Cavid Qurbanov miqdarı açıqladı

"Yolların inşası zamanı qarşıya qoyulan əsas məqsəd insanların təhlükəsizliyinin təmin olunmasıdır. Yük maşınlarının həddən artıq yüklənməsi isə bu yolların sıradan çıxmasına səbəb olur ki, bu da nəticədə insanların rifahına və təhlükəsizliyinə qarşı yönəlmiş cinayətdir. Bunun da qarşısı alınmalıdır" 
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov jurnalistlərə açıqlamasında belə deyib.

Respublikada avtomobil yollarının saxlanması üçün ayrılan maliyyə vəsaitinin hər ay 100-200 min manatının yollarda quraşdırılan təhlükəsizlik sədlərinin yenilənməsinə sərf edildiyini vurğulayan C.Qurbanov bildirib ki, təkcə Nobel prospektində 45, Heydər Əliyev prospektində 7 işıq dirəyi sıradan çıxarılmışdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!