16 May, 2011
Apple dünyanın ən bahalı brendidir

Şirkətin brendi mütəxəssislər tərəfindən 153 milyon dollar dəyərində qiymətləndirilib

Apple Google şirkətini qabaqlayaraq, dünyanın ən bahalı brendiləri arasında birincilik qazanıb. Şirkətin brendi mütəxəssislər tərəfindən 153 milyon dollar dəyərində qiymətləndirilib. 

Xatırladaq ki, BrandZ Top 100 reytinqinin son 4 ildə lideri Coogle olub. Lakin son zamanlar Apple-ın smartfon və planşet bazarındakı qazandığı böyük uğurları nəticəsində, şirkətin bendinin qiyməti 2006-cı illə müqayisədə, 853 faiz yüksəlib. Apple-ın bazar kapitalizasiyası da (2006-cı illə müqayisədə) 500 faiz artıb. Mütəxəssislər dünyanın ən nüfuzlu İKT şirkətini 323,27 milyard dollar dəyərində qiymətləndiriblər.

Qeyd edək ki, reytinqin ilk onluğuna əsasən texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər daxil olublar: Apple, Google, IBM, Microsoft, AT&T və China Mobile. Dünyanın ən populyar sosial şəbəkəsi Facebook da (35) bu dəfə BrandZ Top 100 reytinqində yer alıb.

Reytinq cədvəlinə daxil olan dünyanın 100 ən bahalı brendlərinin qiymətləri il ərzində 17 faiz artaraq, 2,4 trilyon dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!