12 May, 2015
"Üzən" villalar tikiləcək

Dubayda yaradılması planlaşdırılan 3 səviyyəli üzən “Floatin Seahorse” villasının layihəsi  hazırlanıb. Simsar.az Buro24/7-ə istinadən xəbər verir ki, ümumi ərazisi 158 kvadrat metr olar villa yaşayış evi üçün lazım olan hər şeylə təchiz olunacaq. Memarların düşüncəsinə görə, bina üç mərtəbədən ibarət olacaq və bu mərtəbələrdən ikisi suyun üzərində olacaq, üçüncü aşağı mərtəbədə isə yataq otağı yerləşəcək. "Sualtı" məkan şəffaf panorama pəncərələrə sahib olacaq, odur ki, Floating Seahorse-un sakinləri şəxsi okeanarium kimi bir şey əldə edəcəklər.
Qeyri-adi yataq otağından əlavə layihə mətbəx, yemək otağı, kabinet və qonaq otağını nəzərdə tutur. Evin ən üst mərtəbəsində mini-bar, duş kabinəsi və əlbəttə ki, açıq eyvan yerləşəcək. Ümumilikdə 42 belə villa tikilməsi nəzərdə tutulub, onların 2016-cı ilin sonunda hazır olması mümkündür.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!