14 May, 2011
"Xəzər Lənkəran" Parksla bağlı mövqeyini açıqladı

Tuyqun Nadirov: "Bu xəbərləri finalöncəsi psixoloji təzyiq məqsədi ilə yayırlar"

"Uinston Parksın "Xəzər Lənkəran"dan gedəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir". Bu sözləri Fanat.az-a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
"Xəzər Lənkəran"ın kosta-rikalı futbolçusu Uinston Parksın klubla müqaviləsi yayda başa çatacaq. İddialara görə, Parks artıq "Bakı"dan təklif alıb. Paytaxt klubu ona 350 min maaş təklif edib.
Lakin Tuyqun Nadirov xəbəri təkzib edib: "Parks "Xəzər Lənkəran"ın oyunçusudu və klubun düşərgəsindədi. Futbolçumuz heç yerə getmir. Bu kimi xəbərləri kubok oyunu öncəsi klubumuza və azarkeşlərimizə psixoloji təsir etmək məqsədi ilə yayırlar".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!