8 May, 2015
Həyətində mebel yetişdirir – FOTOLAR

Böyük Britaniyadan olan iş adamı Qevin Manro 9 il əvvəl mebel yetişdirilməsi ilə məşğul olan "FullGrown" şirkətini təsis edib. Simsar.az Buro 24/7 - ə istinadən xəbər verir ki, Manronun mebel yetişdirmə üsulu çox sadədir - növcavan ağacların ucları kəsilir və budaqlar bir-birinə bağlanır. Böyümə prosesində budaqlar birləşərək vahid konstruksiya yaradır. Nəticədə təbii mebel alınır. Məsələn, seçilmiş ağacın növündən asılı olaraq stulun istehsalı 2 ildən 4 ilə qədər vaxt alır. Əvvəlcə ağacın özəyinin bərkiməsinə imkan verilir, daha sonra o, karkasdan çıxarılır. Bundan sonra ona uyğun rəng seçilir.
Q.Manro 9 il əvvəl 3 min ağac əkib. Hazırda mebel fabriki 400 mebel əşyası yetişdirir. Hər il 50 ədəd hazır məhsul istehsal edilir.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!